...

Azərbaycanda təmassız bank kartlarının sayı sürətlə artır - "MasterCard"

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2022 11:09 (UTC +04:00)
Azərbaycanda təmassız bank kartlarının sayı sürətlə artır - "MasterCard"
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda təmassız bank kartlarının sayı sürətlə artır.

Trend-in məlumatına görə, bunu "MasterCard"ın Azərbaycan və Türkiyə üzrə baş direktoru Avşar Gürdal 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "MasterCard" ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təşviqat və kampaniyalar bank kartlarının emissiyasının artmasına səbəb olub.

“Bu gün Azərbaycanda banklar tərəfindən 13 milyona yaxın ödəniş kartı buraxılıb və onların 70 faizindən çoxu təmassızdır, - deyə o bildirib.

Gürdalın sözlərinə görə, nağdsız ödənişlərin ümumi dövriyyədə payı 40 faizə yaxındır:

"Elektron ticarətdə ödənişlərin payı 60 faiz təşkil edir. Şirkətimiz tərəfindən hazırlanmış "MasterPass" həlli e-ticarətin inkişafının əsasını təşkil edir. Biz Azərbaycanda "MasterPass"dan istifadənin genişləndirilməsinə hədəflənmişik".

Baş direktor, həmçinin, qeyd edib ki, Azərbaycanda 70 mindən çox POS-terminal qeydiyyatdan keçib.

"Nağdsız ödənişlərin qəbulunu inkişaf etdirmək məqsədilə biz Azərbaycanda TapToPhone tətbiqini işə salmağı planlaşdırırıq. Bu qərar mobil telefonu nağdsız ödənişlərin qəbulu üçün vasitəyə çevirəcək", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti