...

BMT Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə nail olmasını dəstəkləyir - Vladanka Andreyeva

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2023 11:55 (UTC +04:00)
BMT Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə nail olmasını dəstəkləyir - Vladanka Andreyeva
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

BMT Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə nail olmasını dəstəkləyir.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva FAO-nun Azərbaycanda birgə fəaliyyətinə həsr olunmuş regional seminar zamanı deyib.

Onun sözlərinə görə, tərəflər arasında inklüziv artım, dövlət xidmətləri göstərən daha güclü institutların yaradılması, o cümlədən təhlükəsizlik məsələlərinin inkişafına yönəlmiş birgə tərəfdaşlığa dair çərçivə sazişi imzalanıb.

"İnanıram ki, seminarın bugünkü işi məhsuldar olacaq", - o deyib.

V.Andreyeva həmçinin, dünyada hər 10-cu insanın aclıqdan əziyyət çəkdiyini xatırladıb.

"Dünya ölkələri vəziyyəti müsbət tərəfə dəyişmək üçün birgə fəaliyyət göstərməlidir. 2030-cu ilədək dünya dayanıqlı inkişaf üzrə qoyulan hədəflərə nail olmayacaq", - BMT koordinatoru əlavə edib.

Qeyd edək ki, FAO-nun əsas məqsədi Azərbaycanda qida məhsullarının və tullantıların idarə olunması sahəsində layihələrə dəstəyə yönəlib. Tərəflər birlikdə kənd təsərrüfatı sahəsində 60-dan yuxarı layihə reallaşdırıb, xüsusən də ölkənin bölgələrində kənd təsərrüfatı mühiti, o cümlədən qida təhlükəsizliyi yaxşılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti