...

Ötən il Bakı Fond Birjasında 45 qiymətli kağız yerləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2023 11:24 (UTC +04:00)
Ötən il Bakı Fond Birjasında 45 qiymətli kağız yerləşdirilib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Bakı Fond Birjasında (BFB) 45 uğurlu yerləşdirmə həyata keçirilib.

Trend cümə günü xəbər verir ki, bunu BFB-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev deyib.

"Bu mühüm nailiyyət şirkətlərin BFB tərəfindən təqdim edilən mütəşəkkil bazara artmaqda olan marağını vurğulayır", - o deyib.

E.Abdullayev qeyd edib ki, bu yerləşdirmələr yüksək listinq və tənzimləmə standartlarına riayət edən BFB-nin fəaliyyətinin şəffaflığı və effektivliyi sayəsində mümkün olub.

"Fəxr edirik ki, ötən il birjamız 45 uğurlu qiymətli kağız yerləşdirilməsini təşkil etməyə nail olub. Bu, şirkətlərin və investorların platformamıza göstərdikləri etimaddan xəbər verir. Biz emitentlərin öz inkişafları üçün lazımi kapitalı cəlb etməsinə, investorların isə perspektiv investisiya imkanları tapmasına imkan verəcək şərait yaratmağa çalışırıq", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti