...

Bakı və Buxarest birbaşa aviareysin açılmasını müzakirə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2024 14:47 (UTC +04:00)
Bakı və Buxarest birbaşa aviareysin açılmasını müzakirə edir
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Bakı və Buxarest birbaşa aviareysin açılmasını müzakirə edir.

Trend xəbər verir ki, bu barədə Rumıniyanın energetika naziri Sebastiyan-İoan Burduja Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın bu gün Bakıda keçirilən 8-ci iclasının yekunları ilə bağlı deyib.

"Azərbaycan və Rumıniya arasında birbaşa reyslərin açılmasını səbirsizliklə gözləyirik", - o deyib.

Onun fikrincə, bu təkcə xalqları yaxınlaşdırmayacaq, həm də investorlar və özəl sektor arasında əlaqələr yaradacaq, həmçinin əməkdaşlığın tam inkişafını təmin edəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti