...

Azərbaycan ümumi tibbi əhatəyə nail olmağı qarşısına məqsəd qoyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2024 11:00 (UTC +04:00)
Azərbaycan ümumi tibbi əhatəyə nail olmağı qarşısına məqsəd qoyub
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqində məqsəd universal və dayanıqlı tibbi sığortanın təmin edilməsidir.

Trend xəbər verir ki, bunu bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycan Beynəlxalq Sığorta Forumu-2024-ün (AIIF-2024) açılış mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, bu cür sığorta effektiv tibbi xidmətlərinin göstərilməsinə zəmanət verir və səhiyyənin maliyyələşdirilməsini yaxşılaşdırır.

"Dayanıqlı İnkişaf Məqsədlərinin tərkib hissəsi kimi BMT-nin “heç kəsi geridə qoymamaq” prinsipini nəzərə alaraq, icbari tibbi sığorta sistemi əhalinin əsas sağlamlıq ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub. Məqsədimiz hər kəsin maddi çətinlik çəkmədən keyfiyyətli tibbi xidmət ala bilməsi üçün universal tibbi əhatəyə nail olmaqdır. Qeyd edim ki, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi sayəsində uşaqdan böyüyə hər kəs bu sistemlə əhatə olunub və sığortanın əhatə etdiyi 3300-dən çox tibbi xidmətdən pulsuz istifadə etmək hüququ qazanıb", - Zaur əliyev əlavə edib.

(Tərcümə: Gülnarə Kərimova)

Xəbər lenti

Xəbər lenti