...

NƏQLİYYAT NAZİRLİYİ AZƏRBAYCANDA SƏRNİŞİNDAŞIMALARI YENİ SİSTEMİNİN YARADILMASI ÜZRƏ İŞ APARIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2005 17:41 (UTC +04:00)

Azərbaycan Nəqliyyat Nazirliyinin siyasəti ölkənin daxili yollarında dünya standartlarına uyğun yeni nəqliyyat vasitəllərinin hərəkətini təmin etməkdir. Bu barədə iyunun 23-də nəqliyyat nazirinin müavini Musa Pənahov Azərbaycanın Caspian Expressşirkəti ilə Bakı beynəlxalq və şəhərlərarası avtovağzalın rəhbərliyi arasında yaranmış problemi şərh edərkən bildirib.

O bu istiqamətdə işlərin aparıldığını və eləcə də böyük tutumlu avtobusların kiçikləri ilə əvəz olunduğunu bildirib. "Əlbəttə, bu, kimlərinsə maraqlarına təsir göstərə bilər. Lakin bu, Azərbaycanda yeni sərnişindaşıma sistemi istiqamətində atılan addımdır ", - deyə o bildirib.

İyunun əvvəlindən başlayaraq Bakın beynəlxalq və şəhərlərarası avtovağzalın rəhbərliyi Saspian Express şirkətinə məxsus avtobusların vağzalın ərazisindən çıxışını məhdudlaşdırıb ki, nətiəcədə də şirkət öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Buna səbəb respublikaya Nəqliyyat Nazirliyi tərəfindən gətirilmiş yeni avtobusların istifadəyə verilməsidir. SonradanSaspianExpressqismən öz fəaliyyətini bərpa edib.

Xəbər lenti

Xəbər lenti