...

BAKIDA AZƏRBAYCAN, GÜRCÜSTAN VƏ QAZAXISTAN NƏQLİYYAT SAHƏLƏRİ NÜMAYƏNDƏLƏRİ ARASINDA PROTOKOL İMZALANIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2005 17:58 (UTC +04:00)

İyulun 15-də Bakıda Azərbaycanın nəqliyyat nazirliyi, Gürcüstan iqtisadi inkişaf nazirliyi və Qazaxıstanın nəqliyyat və kommunikasiya nazirliyi nümayəndələrinin ikigünlük görüşünün yekunlarına əsasən Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizi marşrutu üzrə yükdaşımaların inkişafına dair protokol imzalanıb.Bu barədə Trend agentliyinə AR nəqliyyat nazirliyində bildirilib.

Sənədi Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov, Gürcüstan iqtisadi inkişaf nazirinin müavini Tamara Kovzuridze və Qazaxıstan nəqliyyat və kommunikasiya nazirinin müavini Təlhat Əbilqazin imzalayıb.

Protokol üzrə Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmir yolu məlumatında Aktau-Bakı-Poti/Batumi və əksinə marşrut üzrə intermodal konteyner daşımalarını təşkil etmək niyyətindədir.Protokolda həmçinin tərəflərin Çindən və həmhüdud ölkələrdən Qərbi Avropayadək dəmir yolu marşrutunun sabit birbaşa fəaliyyətinə imkan yaradan transavropa və transasiya dəmiryol magistralını birləşdirən regional layihələrin gerçəkləşdirilməsinə yardım etmək niyyəti də qeyd olunur.

"Bu investisiya layihələrinin belə müzakirəsi və TRACECA marşrutu üzrə əlavə yük axınlarının cəlb olunması məqsədilə növbəti görüşdə burada maraqlı olan dövlətlərin - Çin, Türkiyə, Ukrayna, Rumıniya və Bolqarıstanın nümayəndələri dəvət olunacaq "-deyə Protokolda qeyd olunur.

Burada həmçinin göstərilir ki, tranzit yük axınlarının, o cümlədən konteyner daşımalarının artırılması üçün əlverişli şəraitin stimullaşdırılması və yaradılması məqsədilə unifikasiya edilmiş tarif dərəcələri tətbiq ediləcək.Tərəflər həm də Bakıda regional loqistika mərkəzinin yaradılmasına yardım etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti