...

MİLLİ BANK "İNAM" KREDİT İTTİFAQININ LİSENZİYANI GERİ ALIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2005 13:19 (UTC +04:00)

Azərbaycan Milli Bankı "İnam" kredit ittifaqının lisenziyasını geri alıb. Milli bankdan Trend agentliyinə verilən məlumata görə, lisenziya, kredit ittifaqlarına bank əməliyyatlarının həyata keçirilməsi üçün icazənin verilməsi qaydalarının 6.4.4 və 6.4.9-cu bəndləri əsasında, illik auditor yoxlamasının aparılmaması və üç gün müddətində maliyyə hesabatının təqdim edilməməsi ilə əlaqədar geri alınıb.

İttifaqın ləğv edilməsi məqsədilə ləğvetmə komissiyası yaradılıb və kredit ittifaqının ləğvolunma prosesinə başlanılıb.

Xəbər lenti

Xəbər lenti