...

İQTİSADİ İNKİŞAF NAZİRLİYİ YANINDA İQTİSADİ İSLAHATLAR MƏRKƏZİ DƏYİRMİ MASA KEÇİRİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2005 18:07 (UTC +04:00)

İyulun 27-də İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında İqtisadi islahatlar Mərkəzi "Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin elmi əsaslarının gücləndirilməsinin aktual vəzifələri" mövzusunda dəyirmi masa keçiriləcək .

İİN-dən Trend ə verilən məlumata görə, dəyirmi masanın keçirilməsində əsas məqsəd problemin mümkün həlli yollarının öyrənilməsi və bu istiqamətdə müvafiq strukturlarla həyata keçirilən tədbirlərin gücləndirilməsindən ibarətdir.

Dəyirmi masanın işində rəhbər şəxslər, sosial-iqtisadi təhlillərlə məşğul olan təşkilatların nümayəndələri, ölkənin tanınmış iqtisadçıları, aparıcı mütəxəssislərinin iştirakı planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti