...

AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ TƏRƏVƏZÇİLİK ÜZRƏ KEÇİRİLƏN BEYƏNLXALQ SEMİNARDA İŞTİRAK EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2005 13:19 (UTC +04:00)

Azərbaycan nümayəndələri perspektivli tərəvəz növləri üzrə təcrübənin aparılmasına həsr edilmiş beynəlxalq seminarda iştirak edəcək.Kənd təsərrüfatı nazirliyinin elmi-aqrar mərkəzində Trend agentliyinə bildirilib ki, tədbir sentyabrın 25-dən oktyabrın 8-dək Tayvanda keçiriləcək.

Mərkəzdə bildirilib ki, Ümumdünya Tərəvəzçilik Mərkəzi tərəfindən təşkil edilən tədbirdə Azərbaycan Tərəvəzçilik institutu mütəxəssislərinin iştirakı planlaşdırılır.

"Azərbaycan Mərkəzin təşkil etdiyi seminarda ilk dəfə iştirak edir və ölkənin iştirakı tədbirin təşkilatçıları tərəfindən maliyyələşdiriləcək" -deyə Nazirlikdə bildirilib.

Bundan başqa, Tərəvəzçilik institutunun Tovuz Təcrübə stansiyasının əməkdaşı Arzu Abbasovanın sentyabrda Daşkənddə kənd təsərrüfatı bitkilərinin istehsalının təkmilləşdirilməsi üzrə keçirilən təlim kurslarında iştirakı gözlənilir.

Kurslar ICARDA (International Center for Agricultural Reseach in the Dry Areas) quraq rayonlarda kənd təsərrüfatı tədqiqatlarının Beynəlxalq mərkəzi təşkil edir.

Bununla yanaşı, paxlalı bitki məhsullarının tədqiqi üzrə II beynəlxalq konfransda institutun paxlalı bitkilər laborotoriyasının direktoru Lütfiyar Əmirov iştirak edəcək.Konfrans oktyabrın 18-dən 22-dək Dehlidə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti