...

UNILEASING XARİCİ VƏSAİTLƏRİN CƏLB OLUNMASINA DAİR DANIŞIQLARI DAVAM ETDİRİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2005 12:55 (UTC +04:00)

UniBank tərəfindən təsis edilmiş "UniLeasing" lizinq şirkəti xarici maliyyələşdirmənin təşkili prosesini davam etdirir. UniLeasing idarə heyətinin sədri Hikmət Qəriblinin Trend ə bildirdiyinə görə, AYİB və Azərbaycanda lizinqin inkişafında maraqlı olan digər təşkilatların vəsaitlərinin cəlb olunması məsələsi müzakirə edilir.

"2005-ci il iyulun 1-i üçün şirkətin lizinq portfeli həyata keçirilmiş 40-dan artıq layihə üzrə 4 mln ABŞ dollarını keçib. Artıq 2004-cü ildə şirkət bir sıra yerli banklardan maliyyə vəsaiti alıb.", - deyə H.Qəribli bildirib.

UniBank UniLeasing şirkətinin fəaliyyətini təmin etmək məqsədilə Beynəlxalq Maliyyə Korporasiyasından cəlb olunacaq 5 mln dollar vəsait ayırmağı planlaşdırır. Əvvəllər bank UniLeasing şirkətinə AYİB-in onun üçün ayırdığı kredit xəttindən 1,5 mln dollara qədər vəsaitdən istifadə etməyi təklif edirdi. Şirkət fəaliyyətə 2004-cü ildə 1 mlrd manat dəyərində nizamnamə kapitalı ilə başlayıb.

Xəbər lenti

Xəbər lenti