...

GƏNCƏ AVTOMOBİL ZAVODU ULYANOVSK AVTOMOBİL ZAVODUNUN 14 MODİFİKASİYADA AVTOMOBİLLƏRİNİ YIĞACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2005 12:50 (UTC +04:00)

Gəncə avtomobil zavodu (GAZ) Ulyanovsk avtomobil zavodunun (UAZ) müxtəlif markalı avtomobillərinin yığımına başlayıb. GAZ-nun direktoru Xanlar Fətiyevini Trend ə verdiyi məlumata görə, zavod UAZ-ın 14 müxtəlif modifikasiyada avtomobillərin yığılmasını planlaşdırır.

"Hazırda bizə 57 tam kompilyasiya olunmuş maşın komplektlərini almışıq və onların yığılmasına başlamışıq. Bu gün biz UAZ avtomobillərinin 6 müxtəlif modiyfikasiyasını toplayırıq ", - deyə o qeyd edib.

X.Fətiyevin sözlərinə görə, ilin sonuna kimi 350-400 bu cür avtomobilin buraxılması nəzərdə tutulub. "İstehsalın həcmi bazarın tələbatı ilə müəyyən edilir. Əgər bu avtomobitllərə tələbat artarsa, biz potensialı genişləndirmək imkanına malikik ", - deyə zavodun direktoru qeyd edib.

GAZ Ulyanovsk avtomobil zavodu ilə bu il mayın əvvəllərində baş müqavilə imzalayıb. Bu müqavilə bu tipdə olan ikinci sənəddir. Əvvəllər analoji sənədə KAMAZ avtomobil zavodu ilə imzalanmışdı. "Oka" markalı avtomobillər hazırda GAZ-da yığılır. Bununla paralel olaraq Gəncə avtomobil zavodu iki Çin şirkəti ilə analoji danışıqlar aparır.

Xəbər lenti

Xəbər lenti