...

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN BAŞÇISI AZƏRBAYCANDAKI YAPONİYA NÜMAYƏNDƏLİYİNİN MÜŞAVİRİNİ QƏBUL EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2005 15:45 (UTC +04:00)

Sentyabrın 15-də Kənd Təsərrüfatı Nazirliyində nazir İsmət Abbasovla növbəti 2 il üçün Yaponiya hökumətinin Azərbaycandakı nümayəndəliyinə müşavir vəzifəsinə təsdiq etdiyi Keniçi Osuqi ilə görüşü keçirilib.

Nazirliyin beynəlxalq əlaqələr şöbəsindən Trend ə verilən məlumata görə, görüşdə Yaponiya hökumətinin qrant şəklində ayırdığı və ümumi məbləği artıq 1998-2003-cü illərdə 20 milyon dollara çatan vəsaitin hesabına həyata keçirilən işlərin yekunları müzakirə olunub. Bu vəsaitlərin hesabına 800 ədədə yaxın kənd təsərrüfatı texnikası alınıb.

Yaponiya həmçinin, Kənd investisiyaları layihəsində iştirak edir ki, onun hazırlanması üçün bu ölkə 380 min dollar vəsait ayırıb. Kənd yerlərinin infrastrukturasının inkişafını nəzərdə tutan bu layihənin reallaşması üçün 3,3 milyn. dollar vəsait tələb olunur.

İ. Abbasov gələcək əməkdaşlıqla bağlı təkliflər təqdim edib və investisiyaların qoyulması üçün perspektivli sahələri qeyd edib. O, tomat pastası, meyvə konsentratları və şirələr, broyler-reproduktiv quşçuluq fabriki və s. sahələrdə Birgə Müəssisələrin yaradılmasını təklif edib.

Öz növbəsində, Yaponiyanın nümayəndəsi qeyd edib ki, yuxarıda göstərilən sahələrin vəziyyətinin investisiya qoyulması baxımından öyrənilməsi üzrə işlər aparılacaq.

Xəbər lenti

Xəbər lenti