Azərbaycan Ümumdünya İqtisadi Forumun (World Economic Forum) təşkil etdiyi rəqabət qabiliyyəti reytinqində 69-cu yerdədir. Trend in Reuters agentliyiniə istinadən bildirdiyinə görə, bu göstərici ilə Azərbaycan MDB ölkələri arasında yalnız 61-ci yerdə olan Qazaxıstandan geri qalır.
Reytinq cədvəlində Rusiya 75, Ermənistan - 79, Moldaviya - 82, Ukrayna - 84, Gürcüstan - 86, Tacikistan - 104-cü yerdə qərarlaşıb. Qırğızıstan isə 116-cı yerdə olmaqla 117 ölkənin daxil olduğu siyahını bağlayıb.
Son 26 il ərzində məlumatları nəşr olunan tədqiqat 11 min biznesmen və tədqiqat institutlarıının sorğusu vasitəsilə dünyanın 117 ölkəsində vəziyyəti qiymətləndirir. Siyahının tərtib olunması zaman müəlliflər dövlət institutlarının iş keyfiyyəti, texnologiyaların səviyyəsi də daxil olmaqla bir sıra amilləri nəzərə alırlar.
Cədvəldə ən yüksək rəqabət qabiliyyyətli ölkə Finlandiyadır. İkinci yerdə ABŞ durur. Birinci onluğa, həmçinin, İsveç, Danimarka, Tayvan, Sinqapur, İslandiya, İsveçrə, Norveç və Avstraliya da daxildir.