...

ABŞ AZƏRBAYCANIN AQRAR LAYİHƏLƏRİNDƏ MARAQLIDIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2005 14:31 (UTC +04:00)

ABŞ Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatlarda maraqlıdır. Kəçnd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, bu məqsədlə Ialmont sənaye şirkətinin nümayəndələrinin oktyabrın 3-də Bakıya səfərləri gözlənilir.

Dövlət strukturundan bildiriblər ki, şirkətin nümayəndələri Azərbaycanda Azersun Holding-lə şəkər çuğunduru üzrə, MKT və GTS şirkətlərilə pambıqçılıq üzrə 3 layihənin reallahdırılması niyyətindədir.

Gələn il həyata keçiriləcək layihəyə görə, çuğundur və pambıq üçün 250 hektar sahənin ayrılması nəzərdə tutulub. Texnika və gübrələr Amerika şirkəti tərəfindən veriləcək.

"Əgər bu tədbir uğurlu olarsa, onda əkin sahəsi daha 10-11 min hektar artırılacaq", -deyə Nazirlikdən bildiriblər.

Nazirlikdən onu da bildiriblər ki, nümayəndə heyətinin səfərinin birinci günü kənd təsərrüfatı naziri İsmət Abbasovun Amerika şirkətinin nümayəndələri ilə görüşü planlaşdırılıb, Görüş zamanı bu layihəılərin maliyyələşdirilməsi yolları müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti