...

Azərbaycanda qeyri-neft ixracının nominal göstəricisinin azaldılması planlaşdırılmır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2005 17:53 (UTC +04:00)

İxrac strukturunda neft məhsullarının 90%-lik göstəricisi qeyri-neft ixracının azaldılmasının göstəricisi olmayacaq.Bu barədə Trend ə Nazirlər Kabinetində bildirilib.

"Neft tərkibli ixracın artırılması ixrac həcminin bütövlükdə artırılması fonunda gedir.Beləliklə, qeyri-neft sektorunun ixracda payının azaldılması onun nominal miqyasının azaldılması göstəricisi olmayacaq.Bundan başqa, ixrac həcmi qeyri-neft sektorunun inkişafı hesabına da artırılacaq.Xüsusilə əgər 2002-ci ildə kimya sektoru məhsullarının ixracı $30 mln. məbləğində həyata keçirilirdisə, bu gün həmin göstərici $120 mln. təşkil edir" -deyə Nazitrlər Kabinetində bildirlib. Qeyd edək ki, cari ilin səkkiz ayı ərzində neft və neft məhsullarının payına 67,4% ixrac əməliyyatları düşür.

Xəbər lenti

Xəbər lenti