...

UniBank Özəl sektorun inkişafı üzrə İslam Korporasiyasının ilk tranşını alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2005 14:35 (UTC +04:00)

UniBank kommersiya bankı Özəl sektorun inkişafı üzrə İslam Korporasiyasının kredit xətti ilə kiçik və orta sahibkarlığın (KOS) maliyyələşdirilməsi üçün 6 il müddətinə 1,7 milyon dollar məbləğində ilk tranşını alıb. Trend in məlumatına görə, bu barədə oktyabrın 26-da bankın yaydığı press-relizdə məlumat verilib.

Sənəddə bildirilir ki, İİK-nın kredit xətti ilə hər borc alan şəxsə düşən kreditin məbləği $100 mindən $800 minə qədərdir. Bu zamana layihənin dəyərinin ən azı 20% borc alanın şəxsi vəsaiti hesabına .dənilir və müvafiq olaraq 80%-ə qədəri bank tərəfindən kredit xətti hesabına ödənilir.

Tikinti sahəsində layihənin maliyyələşdirilməsinə yönələn ilk tranşın məbləği $120,5 min təşkil edir.

Bankın İdarə Heyətinin sədri Faiq Hüseynovun sözlərinə görə, İİK-nın vəsaitləri hesabına maliyyələşdirilən bu laüyşə bank tərəfindən Azərbaycanda KOS-ın inkişafına doğru atılan növbəti addımdır və UniBank-ın prioritet fəaliyyət istiqamətlərindən biridir.

"Bu günə kimi respublikada ən iri kommersiya banklarından biri olan bankın kredit portfelinin 57% kredit biznesinin payına düşür. Həmçinin, qeyd etmək lazımdır ki, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən UniBank-a ayrılan kredit xəttinin ümumi ölçüsü hazırda $23 milyona yaxındır. Bu bankın imkanlarını göstərən ciddi göstəricidir və biz gələcəkdə bu istiqaməti böyütmək və inkişaf etdirmək niyyətindəyik",- deyə F.Hüseynov bildirib.

Xəbər lenti

Xəbər lenti