...

Gələn ay Ukrayna Hesablama Palatasının nümayəndə heyəti Bakıya səfərə gələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2005 10:54 (UTC +04:00)

Dekabrın 1-ci yarısında Ukrayna Hesablama Palatasının sədri Semenenko Valentinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfərə gələcək. Bu barədə Trend xəbər agentliyinə Azərbaycan Hesablama Palatasından (AHP) məlumat verilib. Verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti AHP-də və hökumətin digər müvafiq strukturlarında bir sıra görüşlər keçirəcək. AHP-də keçiriləcək görüşdə kadrların ixtisasının artırılması, paralel nəzarət tədbirlərinin həyata keçirilməsi, təcrübə mübadiləsi, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunacaq. Səfər müddətində hər 2 ölkənin Hesablama Palataları arasında ikitərəfli əməkdaşlıq haqqında sazişin imzalanması da nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan HP ilk dəfə 2 tərəfli əməkdaşlıq sazişini 2002-ci ilin oktyabrında Rusiya Hesablama Palatası ilə imzalamışdır. Bundan başqa Gürcüstanın Nəzarət Palatası, Böyük Britaniya-Şimali İrlandiya Birləşmiş Krallığının Milli Audit Ofisi, İran Ali Audit Məhkəməsi, Türkiyə Sayıştay Başkanlığı, Estoniyanın Dövlət Nəzarəti Palatası və Pakistan Baş Auditor Ofisi ilə də əməkdaşlığa dair ikitərəfli sazişlər imzalanmışdır.

Xəbər lenti

Xəbər lenti