...

Çin və Bolqarıstan TRACECA dəhlizi ilə konteyner yüklərinin daşınmasının artırılması layihəsinə maraq göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2005 13:33 (UTC +04:00)

Çinin və Bolqarıstanın nəqliyyat idarələri Gürcüstanın İqtisadi İnkişaf Nazirliyinə Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizi ilə əlavə yüklərin cəlb edilməsi layihəsi çərçivəsində dekabrın 5-6-da Tbilisidə keçiriləcək ekspertlərin növbəti görüşündə iştirak etmək xahişi ilə müracitə ediblər. Bu barədə Trend Azərbaycan Dövlət Dəmiryolu İdarəsindən məlumat verilib.

"Biz cavabın müsbət olacağını hesab edirik. Çünki konteyner yüklərinin əsas hissəsi Avropaya Çindən yola salınır ", - deyə ADDİ-nin nümayəndəsi bildirib.

Tbilisidəki görüşdə əsas məqsəd layihə çərçivəsində konteyner qatarlarının ilk buraxılışının yekun müzakirəsini keçirmədən ibarətdir. Tədbirdə Azərbaycan, Gürcüstan və Qazaxıstanın nəqliyyat idarələrinin nümayəndələri iştirak edəcək. Birinci mərhələdə 28 vaqondan ibarət olan konteyner qatarlarlarının buraxılışı 2006-cı ildə TRACECA üzrə yük daşınmalarının əhəmiyyətli dərəcədə artmasına xcidmət edəcək reklam aksiyası olacaq.

"Görüşdə həmçinin, dəhlizlə əlavə yüklərin daşınmasını cəlb edəcək və müvafiq məsələləri nizamlayacaq operatorun müəyyən edilməsi məsələsi də həll ediləcək", - deyə ADDİ-dən bildirilib. Sub-operatorun da müəyyən ediləcəyi ehtimal olunur.

Oktyabrın sonlarında TRACECA-nın inkişafı çərçivəsində Aktau limanında keçirilən işci iclasında Azərbaycan, Gürcüstan və Qazaxıstan dəhlizlə konteyner yüklərinin daşınmasının oxşar tarifinin tətbiqi barədə razılığa gəliblər. 1 ton/km yük üçün tarif 0,022 dollardır.

Xəbər lenti

Xəbər lenti