...

Asiya İnkişaf Bankının mikromaliyyələşdirmə kreditləri $100 milyona qədər artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2005 16:15 (UTC +04:00)

Asiya İnkişaf Bankının (AİB) "Kəned təsərrüfatının inkişafı və mikromaliyyələşdirmə" üzrə yeni layihəsini hazırlanması üçün AİB-nın maliyyə , Noy Sickachian ticarəti üzrə şöbəsinin direktorunun başçılığı ilə missiyası respublikaya gəlib. Bu barədə Trend ə bankın Bakıdakı nümayəfndəliyinin rəhbəri Metyu Vestfol məlumat verib. Əvvəllər bu layihə Azərbaycanda mikromaliyyələşdirmənin inkişafı layihəsi adlanırdı və onun maliyyələşdirilməsi üçün AİB kredit ayırmağı (25 milyon dollar) planlaşdırmışdı.

Layihəyə yenidən baxış keçirilməsi ilə əlaqədar lnun dəyəri də dəyişib. M.Vestfolun sözlərinə görə, AİB-nın krediti $25 mln la $100 mln arasında artıb-çoxala bilər.Layihə kredit ehtiyatlarının genişləndirilməsi ilə əlaqədar çoxmərhələli olacaq və bir birinin başlanğıcı ondan əvvəl gədlən mərhələnin uğurundan asılı olacaq.

Hər şeyə aydınlıq hazırda Nazirlər Kabineti və İqtisadi İnkişaf Nazirliyi ilə danışıqlar aparan bankın missiyasının səfərinin sonunda məlum olacaq.

M.Vestfol həmçinin, bildirib ki, kreditlərlə yanaşı bank $1 mln qrant da ayırıb ki, bunda məqsəd kəndlərdə yaşayan kasfıb əhali arasında gəlirli fəaliyyətin həyata keçirilməsi üçün bacarıqların aşkar edilməsi məqsədilə treninqlərin keçirilməsidir.

Xəbər lenti

Xəbər lenti