...

Avtomobil yollarının reabilitasiyası üçün Azərbaycanın Nəqliyyat nazirliyinə 70 mlrd. manat ayrılıb.

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2005 18:06 (UTC +04:00)

Azərbaycan prezidentinin "Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar yerli əhəmiyyətli avtomobil yollarının çəkilməsi və təmiri ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamının icrası çərçivəsində Azərbaycanın Nəqliyyat Nazirliyinə 70 mlrd. manat ayrılıb. Bu barədə Trend ə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda nazirlik vacib texnikanın ölkəyə gətirilməsi ilə məşğuldur. "Bu texnika regional yol istismarı idarələri arasında bölüşdürüləcək. Bu texnikanın köməyilə biz ölkənin rayon və kəndlərində daxili yolların reabilitasiyasını həyata keçirəcəyik" -deyə nazir qeyd edib.

Bugünkü gündə Azərbaycanda ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə yönəldilmiş genişmiqyaslı tədbirlər həyata keçirilir.

Avtomobil yollarının vəziyyəti dinamik sosial-iqtisadi inkişafa tamamilə cavab vermir.Bunun səbəblərindən biri yolların yol texnikası və digər avadanlıqlarla təchiz edilməməsidir.

Bütün bu tədbirlərin səmərəli həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinə bir ay müddətində 2006-2015-ci illərdə respublikanın avtomobil yollarının təmiri və inkişafı Dövlət proqramının hazırlanması və ölkə prezidentinə təqdim edilməsi tapşırılıb.

Sərəncamda 2006-cı ildən başlayaraq avtomobil yollarının yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan xərclərin dövlət büdcəsinə illik daxil edilməsinin təmin edilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti