...

DB Ələt-Masallı və Bakı-Şamaxı-Muğan avtomobil magistrallarının yenidən qurulmasına $200 mln. ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2006 16:25 (UTC +04:00)

Dünya bankının (DB) direktorlar Şurası Azərbaycanda iki avtomobil magistralının yenidən qurulmasına $200 mln. həcmində kredit ayrılmasını bəyənib. Bu barədə Trend DB-nin məlumatına istinadən bildirir.

Layihənin əsas məqsədi nəqliyyat xərclərinin azaldılması, Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub dəhlizlərindən keçid üçün yol təhlükəsizliyinin tranziti və təmin edilməsidir. Bunun üçün Ələt-Astara- İran sərhədi yolunun bəzi hisssəsinin yenidən qurulması və Bakıdan qərbdə mühüm fermer təsərrüfatlarına ən qısa yolu təmin edən Bakı-Sumqayıt yolunun reabilitasiyası nəzərdə tutulur.

Layihə Ələt-Masallı avtomobil magistralının marşrutunun dəyişdirilməsi və genişləndirilməsini nəzərdə tutur və bunun nəticəsində yolun uzunluğu 230 km-dən 200 km-dək azaldılacaq, eləcə də Bakını respublikanın qərb rayonları ilə birləşdirən Bakı-Şamaxı-Muğan yolunun təmiri nəzərdə tutulur.

Avropa və Asiya, Şimal və Cənubun kəsişmə nöqtəsində yerləşən Azərbaycan regionda energetika mallarının axınında tranzit qovşağı olmaq üçün nadir imkanlara malikdir. Belə bitr imkanın yaradılması üçün ölkənin nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına ehtiyacı vardır. Məlumatda qeyd olunur ki, hazırda ölkədəki yolların təxminən 56%-i pis vəziyyətdədir və təcili təmirə ehtiyac vardır.

Yol infrastrukturunun yaxşılaşdırılması da yoxsulluğun azaldılması və qeyri-neft sektorunun inkişafı üçün yaxşı vasitədir.

1992-ci ildə Dünya bankı ilə əməkdaşlıqdan sonra 1bu beynəlxalq maliyyə təşkilatı respublikada ümumi dəyəri $711 mln. olan 29 layihə həyata keçirib.

Xəbər lenti

Xəbər lenti