...

UniBank "Qızıl depozit" aksiyasını başa vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2006 17:24 (UTC +04:00)

UniBank kommersiya bankı "Qızıl depozit" aksiyasını başa vurub. Trend in bankın press-relizinə istinadən xəbər verdiyi kimi, 100 qr yüksək əyarlı qızıl külçənin uduşunu nəzərdə tutan "Qızıl Depozit" həvəsləndirici lotereyası bankın yanvarın 13-də əmanətçilər arasında keçirdiyi sayca 12-ci və sonuncu oyunudur.

Qaydalara əsasən, lotereyada 12 aylıq müddətə qoyulmuş 1000 AZN ($1000 və ya 1 000 evro) və daha çox məbləğdə depozitlər oynanılırdı.

Aylıq uduş bankın baş ofisində tiraj komissiyası tərəfindən keçirilib. Oyunda bankın istənilən əmanətçisi iştirak edə bilərdi. Qalib kompüter vasitəsilə təsadüfi seçmə üsulu ilə müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti