...

Beynəlxalq aktivləri 31% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2006 11:27 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankının gəlirləri 2005-ci ilin yekunları üzrə 105,308 mlrd manat təşkil edib ki, bu da 2004-cü ildəkindən 41,1% çoxdur, Bu barədə Trend ə ABB-ın mətbuat xidmətindən məlumat verilib. Bu bankın gəlirlərinin 44,6 % artaraq 629,738 mlrd manata çatdırılmasının nəticəsidir. Bu zaman ötən il ərzində faiz üzrə gəlirlər 356,502 mlrd manat təşkil edib. Bunlardan fiziki və hlüquqi şəxslərə verilən kreditlər üzrə 307,248 mlrd manat, banklarda yerləşdirilmiş vəsaitlər üzrə 42,685 mlrd. manat əldə olunub. Komissiya gəlirləri və ABB-nın xidmətləri üzrə gəlirləri üzrə gəlirlər 273,236 mlrd manat, plastik kartlarla əməliyyatlar üzrə 43,869 mlrd manat səviyyəsində olub.

Ötən il Beynəxalq Bankın gərcləri 524, 430 mlrd manat təşkil edib. Onlardan

110,026 mlrd manatı faizlərin ödənməsi üçün sərf edilib. Bu zaman 2004-cü ilin elə həmin dövründə ödənişlərin həcmi 91,3 mlrd manat səviyyəsində olub.

2006-cı il yanvarın 1-dəki olan vəziyyətə görə kredit portfelinin ümumi həcmi 3 655,753 mlrd manat, depozit portfel (banklar da daxil olmaqla) - 4 953,203 mlrd manat təşkil edib ki, onlardan fiziki şəxslərin əmanətləri 987,023 mlrd manat olub.

Ötən il ərzində ABB-nın aktivləri 31% olmaqla 5 550,619 mlrd manat təşkil edib. Bankın kapitalı cari ilin yekunları üzrə 330,150 mlrd manat olub.

Xəbər lenti

Xəbər lenti