...

TRACECA milli katiblərinin iclası fevralın 8-də Buxarestdə keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2006 14:00 (UTC +04:00)

TRACECA nəqliyyat dəhlizinin iştirakçı ölkələrinin milli katiblərinin görüşü fevralın 8-9-da Buxarestdə (Rumıniya) keçiriləcək. Görüş çərçivəsində 2015-ci ilədək dəhlizin inkişaf strategiyasının yekun, o cümlədən bu təşkilatın hökumətlərarası komissiyasının 5-ci iclasının gündəliyinə daxil ediləcək bir sıra digər məsələlərin müzakirəsi olacaq. Bu barədə Trend ə TRACECA-nın Azərbaycandan olan milli katibi Akif Mustafayev məlumat verib. Bu gün Azərbaycanın nümayəndə heyəti Rumıniyaya yola düşur.

Hazırda nəqliyyat dəhlizinin inkişaf strategiyası layihəsinə TRACECA-nın iştirakçı ölkələri tərəfindən baxılır. Layihə təsdiqləndikdən sonra TRACECA hökumətlərarası komissiyasının müzakirəsinə çıxarılacaq.

Bu il təşkilata Bolqarıstan sədrlik edəcək. Komissiyanın 5-ci iclasının aprelin üçüncü ongünlüyündə Sofiyada keçiriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti