...

Dövlət Gömrük Komitəsi Azərbaycanın dövlət büdcəsinə 82 milyon AZN vəsait ödəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2006 19:17 (UTC +04:00)

Trend-i buradan izləyin

İlkin məlumatlara görə, Dövlət Gömrük Komitəsi (DGK) proqnozlaşdırılmış 81,16 mln. manat əvəzinə 2006-cı ilin 2 ayı ərzində dövlət büdcəsinə 82,43 mln. manat gömrük rüsumları və vergi ödəyərək proqnozları 101,56% yerinə yetirib. Trend in verdiyi xəbərə görə, bu barədə DGK-nin martın 1-də yaydığı press-relizində bildirilir.

Bu göstərici 2005-ci ilin analoji dövrü ilə müqayisədə 32,76 mln. manat və ya 65,96% çoxdur.

Azərbaycan Milli Bankının məlumatına görə, 01.03.06 tarixdə dolların manata nisbətdə rəsmi kursu 0,9128 AZN təşkil edib.

Xəbər lenti

Xəbər lenti