...

"Kənd təsərrüfatı investisiyaları" layihəsi çərçivəsində işlər həyata keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2006 14:18 (UTC +04:00)

Dünya bankının maliyyələşdirdiyi "Kənd təsərrüfatı investisiyaları" layihəsi çərçivəsində Naxçıvan zonasında informasiya idarəetmə sistemi üzrə mütəxəssisin seçilməsi ilə bağlı tender elan edilib. Kənd təsərrüfatı nazirliyi yanında Kənd təsərrüfatı kreditləri dövlət agentliyindən Trend ə verilən məlumata görə, bu işdə maraqlı şəxslərin təklifləri martın 9-dək Agentlikdə qəbul olunacaq.

Layihə çərçivəsində 6 mikrolayihə gerçəkləşdirilib: artezian quyularının qazılması, məktəblərin inşası, yolların yenidən qurulması və s. "Kənd təsərrüfatı investisiyaları" layihəsi 2005-ci ildən həyata keçirilir və ölkənin 3 regionunu - Muğan-Salyan, Şirvan və Naxçıvanı əhatə edir.

"Layihədə məqsəd əhalinin ümumi sosial problemlərinin həllinə yönəldilmiş mikrolayihələrin icrasıdır", - deyə dövlət strukturundan bildirilib.

4 il müddətində həyata keçiriləcək layihənin ümumi dəyəri $21,1 milyondur.

Xəbər lenti

Xəbər lenti