...

Elman Rüstəmov: 2005-ci ildə inflyasiyanın artımı üzündən iqtisadi sabitlik üçün təhlükə yoxdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2006 19:53 (UTC +04:00)

2006-cı ilin 2 ayı ərzində ölkədə ifnlyasiyanın səviyyəsi 3,3% təşkil edib və bir il ərzində o 10%-dən az proqnozlaşdırılır. Trend in məlumatına görə, bu barədə martın 17-də MB-ın idarə heyətinin sədri Elman Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, 2005-ci ildə AMB inflyasiya əleyhinə tədbirlər həyata keçirmək məqsədilə sərtləşdirilmiş pul siyasətini saxlayaraq, pul kütləsi üzərində nəzarəti gücləndirərək çevik siyasət kursu yürüdüb. Sərtəlşdirilmiş pul siyasəti nəticəsində pul bazasının artımı 7,5%, pul kütləsi isə 15,8% təşkil edib. Bundan əlavə, uçot dərəcəsi 7%-dən 9%-dək çatdırılıb ki, bu da inflyasiya gözləntilərini azaldıb, eləcə də faiz dərəcələri haqqında bazarda "siqnal" effekti yaradıb.

O həmçinin bildirib ki, AMB inflyasiya yarada biləcək pul kütləsi həcminin bir hissəsini noğ emissiyaları vasitəsilə strelizə edib. Belə ki, həmin qiymətli pulların həcmi 58,1% artaraq 156,3 mlrd. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti