...

V.Kramarenko: Azərbaycan hökumətilə BVF arasında dialoq davam etdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2006 21:21 (UTC +04:00)

Azərbaycan hökuməti Beynəlxalq Valyuta Fondu ilə proqram və kredit dəstəyi olmadan gələcək əməkdaşlıq formasını seçib. Bu barədə BVF-nın Mərkəzi Asiya və Yaxın Şərq üzrə Departamentinin rəhbər müavini Vitaliy Kramarenko mətbuat konfransında məlumat verib.

Onun dediklərinə görə, Azərbaycana yardım BVF tərəfindən sorğu əsasında göstəriləcək. İl ərzində BVF ərazi departamentləri nümayəndələrinin Azərbaycana səfərləri gözlənilir. Texniki yardım milli hesabların təkmilləşjdirilməsi, büdcə təsnifatı və xarici borcun idarə olunması istiqamətlərində gerçəkləşdiriləcək.

BVF ƏDV idarə olunması sisteminin təkmilləşdirilməsi üçün əlavə yardıma ehtiyac görmür. Kramarenkonun fikrincə, Vergilər Nazirliyinə göstərilmiş texniki yardım çərçivəsində vergi və gömrük məcəllələrinə edilməsi nəzərdə tutulan dəyişikliklər hazırlanmışdır. Hazırda onlar gerçəkləşdirmə mərhələsindədir.

V.Kramarenko hesab edir ki, hökumət fondun tövsiyələrinə riayət edir və bu səbəbdən belə bir formada əməkdaşlıq BVF-ni qane edir. O qeyd edib ki, Azərbaycan hökumətilə fond arasında sıx dialoq davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti