Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən, Azərbaycan 2006-2007-ci illərdə iqtisadi inkişaf tempinə görə MDB ölkələri arasında lider olacaq. Trend xəbər verir ki, belə bir proqnoz BVF-nın illik hesabatında əksini tapıb.
Hesabata görə, ÜDM-nın başqa keçmiş sovet respublikalarında bu illər üçün artım proqnozu aşağıdakı kimidir: Rusiya 6% və 5,8%, Ukrayna - 2,3% və 4,3%, Ermənistan - 7,5% və 6%, Tacikistan - 8% və 6%, Gürcüstan - 6,4% və 5%, Qazaxıstan - 8% və 8,3%, Belarus - 5,5% və 4%, Qırqızıstan - 5% və 5,5%, Moldova - 6% və 5%, Özbəkistan - 7,2% və 5%, Türkmənistan - 6,5% və 6%.
Neftin dünya bazarlarındakı yüksək qiymətlərini nəzərə alaraq, hesabt müəllifləri ÜDM-nın sabit artımı üçün sosial xərcləri nəzarətdə saxlamaq, inflyasiya artımına yol verməmək və iqtisadiyyata daha çox sərmayənin qoyulmasına çalışmağı təklif edir. BVF ekspertlərinin proqnozlarına görə, dünya iqtisadiyyatının artım tempi isə 2006-cı ildə 4,9%, 2007-ci ildə 4,7% təşkil edəcək. Bu barədə "Regnum" məlumat verir.