...

Vergilər Nazirliyi külli miqdarda vergidən yayınma faktları üzrə cinayət işini Baş Prokurorluğa təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2006 20:35 (UTC +04:00)

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti Qulu Qasımov və Pənah Mirzəyevə qarşı cinayət işi üzrə istintaqı başa çatdıraraq, ittiham aktını Respublika Prokurorluğuna təqdim edib.

Trend agentliyinin nazirliyə istinadən yaydığı məlumata əsasən, həmin şəxslərə qarşı külli miqdarda verginin büdcəyə ödənilməsindən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213.4, 32.5, 213.4 maddələrinə müvafiq cinayət işi açılıb. İbtidai araşdırma zamanı onlar öz günahlarını etiraf edib.

Q.Qasımov "ASEİ LTD" , "Rəhman", "Baba", "Fuad" və "Ulu Turan", P.Mirzəyev isə "Fəcir", "Nəcim", "Pasiban", "Xəzər Terminal" və OOO "İdxal-A " firmalarının sahibidir. Bu şəxslərə qarşı cinayət işləri müxtəlif vaxtlarda açılsa da, onlar arasındakı əlaqə aşkarlanıb. Q.Qasımov 3, 463 mln. AZY, P.Mirzəbəyev isə 5,011 mln. AZY həcmində vergini dövlət büdcəsinə ödəməkdən yayınıb. İstintaq zamanı həmçinin, həmin şəxslərin "Yaqub" firmasının direktoru Edman İslamovla əlbir olaraq, 1 mln. 563,5 min AZY məbləğində verginin yayındırılmasında iştirak etdikləri məlum olub.

Xəbər lenti

Xəbər lenti