...

İnqilab Əhmədov: "Milli Büdcə Qrupu" maliyyə vəsaitlərinin paylaşdırılmasında ictimaiyətin iştirakı ilə bağlı boşluqları dolduracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2006 16:56 (UTC +04:00)

Aprelin 27-də Bakıda yeni qeyri-hökumət alyansı olan "Milli Büdcə Qrupu"nun (MBQ) təqdimat mərəasimi keçirilib. Trend agentliyinin məlumatına əsasən, görüşdə hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, millət vəkilləri, yerli və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edib.

Giriş sözü ilə çıxış edən İctimai Vəsaitin Monitorinqi Mərkəzinin direktoru İnqilab Əhmədov bildirib ki, MBQ bu ilin fevral ayında bir qrup QHT (İctimai Vəsaitin Monitorinqi Mərkəzi, İqtisadi Tədqiqatlar Mərkəzi, "Ekspert" iqtisad jurnalı, "İntelekt" İctimai Birliyi İqtisadi İnnovasiyalar və Mərkəzi, Sumqayit Tələbələr İttifaqı, "Vətəndaş Cəmiyyətində Debat" ictimai Birliyi Azərd İqtisadiyyat Mərkəzi, Free Person Cəmiyyəti) tərəfindən yaradılıb.

İ.Əhmədov MQB tərəfindən son 3 ay ərzində görülmüş işlərə xüsusi diqqət ayırıb. Onun sözlərinə görə, bu müddətdə MQB-nin memorandum və əsasnaməsi təsdiqlənib, 2006-2009-cu illər üçün strateji plan və 2006-cı il üçün fəaliyyət planı qəbul olunub.

İ.Əhmədovun dediklərinə görə, fəaliyyət planında qrupa daxil olan üzvlərin işi müəyyənləşdirilib və müxtəliv layihələr üzrə təkliflər hazırlanıb. Bundan əlavə, International Budget Project, Global Witness, International Coalition "Publish what you pay" da daxil olamaqla, beynəlxalq təşkilatlara məlumatlar göndərilib.

"Bu, maliyyə vəsaitlərinin paylaşdırılmasında ictimayyətin iştirakı ilə bağlı boşluqları dolduracaq tam işlək qrup olacaq ki, bu da öz növbəsində bütün prosesin şəffaflaşdırılmasına gətirib çıxaracaq" - İ.Əhmədov qeyd edib.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyib ki, MBQ-nın fəaliyyətinin əsas istiqamətləri büdcə məlumatlarını artırmaq və populyarlaşdırmaq, büdcə qanunvericiliyinin təkmilləşdirilməsinə nail olmaq, büdcə prosesində iqtisadi iştirakçılığa və qərarların qəbul edilməsində ictimai təsirə nail olmaq, büdcə prosesində hesabatlılığı təmin etmək və büdcənin icrasında səmərəliliyi artırmaq, büdcə prosesilə bağlı beynəlxalq təşəbbüslərdə iştirak etməkdir.

Yeni alyansın ıeb-saytı www.nbg.az ünvanında yerləşir.

Xəbər lenti

Xəbər lenti