...

Mayın 2-də Sofiyada TRACECA hökumətlərarası komissiyasının 5-ci iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2006 14:31 (UTC +04:00)

Mayın 2-də Sofiyada TRACECA nəqliyyat dəhlizi ölkələrinin hökumətlərarası komissiyasının 5-ci iclası öz işinə başlayacaq. Mayın 2-3-də keçiriləcək bu görüşdə Azərbaycan nümayəndə heyətinə ölkənin nəqliyyat naziri Ziya Məmmədov başçılıq edəcək. Bu barədə Trend ə Nəqliyyat Nazirliyindən məlumat verilib.

Qarşıdakı iclas çərçivəsində 2015-ci ilin sonunadək nəqliyyat dəhlizinin inkişaf strategiyasının müzakirəsi və qəbul edilməsi gözlənilir. Həmçinin, 2007-ci ilin büdcə, o cümlədən təşkilatda müşahidəçi statusu ilə bağlı məsələlər nəzərdən keçiriləcək. Eyni zamanda, Poti-Bakı-Almatı marşuru ilə işləyən nümayiş konteyner qatarının müzakirəsi də nəzərdə tutulub. Görüş çərçivəsində sədrlik Azərbaycan Bolqarsıtana keçəcək.

Hazırda Azərbaycan, Qazaxıstan və Gürcüstan bu marşrutun Çin və Qazaxıstan sərhədində Dostık stansiyasınadək uzadılması istiqamətində danışıqlar aparır. Ekspertlərin fikrincə, bu , yüklərin daşınma həcmini xeyli artırmağa imkan verəcək.

İclas çərçivəsində Qars-Axalkalaki-Tiflis-Bakı marşrutu üzrə dəmiryolunun açılması ilə bağlı məsələ də müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti