...

Avrasiya nəqliyyat əlaqələrinin perspektivləri Bakıda müzakirə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2006 17:11 (UTC +04:00)

Mayın 18-də Bakıda "Genişlənən Avropa kontekstində Avrasiya nəqliyyat əlaqələri" adlı beynəlxalq konfrans keçiriləcək. Trend in verdiyi məlumata görə, bu barədə jurnalistlərə Azərbaycan Nəqliyyat Nazirliyinin inkişaf və elmi-texniki siyasət şöbəsinin rəisi Elnur Ömərov məlumat verib.

Beynəlxalq konfrans Nəqliyyat Nazirliyi tərəfindən təşkil olunub. Konfransda nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən dövlət və kommersiya şirkətlərinin 200-ə yaxın nümayəndəsi iştirak edəcək.

Tədbirdə aşağıdakı məsələlərə toxunulacaq: Azərbaycan iqtisadiyyatında nəqliyyatın rolu, nəqliyyat sektorunun inkişafı strategiyasının əsas istiqamətləri, regionda beynəlxalq daşınmaların inkişafı perspektivləri, Şimal-Cənub və Qərb-Şərq beynəlxalq dəhlizlərini birləşdirən yerüstü nəqliyyat qovşaqlarının əhəmiyyəti, beynəlxalq nəqliyyat məsələlərində təhlükəsizlik məsələləri, nəqliyyatda təhlükəsizliyin təminatı, nəqliyyat infrastrukturlarının rekonstruksiyası və nəqliyyat vasitələri parkının müasirləşməsi, yeni texnologiyaların və innovasiya proqramlarının tətbiqi.

Xəbər lenti

Xəbər lenti