...

Barmek və İqtisadi İnkişaf Nazirliyi əməkdaşlarının görüşü keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2006 17:47 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyində Barmek Holding-in nümayəndələri ilə şirkətin müqavilə öhdəliklərini pozması ilə bağlı görüş keçirilib. Trend in İİN-nin press-relizinə istinadən verdiyi məlumata görə, şirkət elektrik enerjisinə görə tariflərin və istehlakçıların xüsusi kateqoriyası üçün elektrik enerjisinin dəyərinin artırılması barədə müqavilənin şərtlərini yerinə yetirməməkdə günahlandırılır.

Ölkədə normal investisiya mühitinin formalaşması ilə bağlı investorların müraciətləri böyük maraqla nəzərdən keçirilir. Ona görə də Nazirliyin xahişi ilə Barmek Holding-in də nümayəndələrinin də daxil olduğu işçi qrupu yaradılıb. Şirkətin müraciəti yerli və xarici vəkillərinin iştirakı ilə müzakirə olunub. Görüşdə kifayət qədər faktların və əsaslandırıcı sənədlərin olmadığı aydın olub. Eyni zamanda, Barmek Holding-in nümayəndələri ilə əsaslandırılan faktların təqdim olunacağı halda müqavilə öhdəlikləri üzrə danışıqların bərpa olunması barədə fikir açıqlanıb. İİN şirkəti Azərbaycanın qanunvericiliyinə və müqavilənin şərtlərinə riayət etməyə, eləcə də, ödəniş barədə öhdəliklərə və investisiya proqramına əməl olunmasına çağırılıb.

Məlumatda bildirilir ki, Barmek Holding-in nümayəndələri ilə görüşdə gizli səsyazma aparılıb. Bu, aşkar olunan zaman onlardan yazının surəti tələb olunub. Lakin onlar yazının pozulduğunu bildiriblər. Buna baxmayaraq, İİN-nin əməkdaşları akt əsasında səsyazma vasitəsini müsadirə ediblər.

Xəbər lenti

Xəbər lenti