...

Azərbaycanın Vergilər Nazirliyi iri həcmdə vergidən yayınma ilə bağlı yeni faktlar aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2006 17:30 (UTC +04:00)

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti Sumqayıtda fəaliyyət göstərən "Karvan" istehsalat-kommersiya şirkətində iri məbləğdə vergidən yayınma faktları üzrə yoxlamalara başlayıb.

Trend in nazirliyin məlumatına istinadən xəbər verdiyi kimi, ilkin araşdırmalar zamanı aşkar olunub ki, şirkətin aylıq gəliri təxminən 350 min manat təşkil edir. Ancaq vergi orqanlarına təhrif olunmuş bəyannamələr təqdim olunub və nəticədə dövlət büdcəsinə cüzi miqdarda vergi ödənilib.

Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşlarının apardığı birgə tədbirlər nəticəsində şirkət tərəfindən nağd hesablaşma qaydalarının pozulması, işçilərlə əmək müqavilələrinin bağlanmaması faktları, qara mühasibatlıq sənədləri, pasportlar, hərbi biletlər və doğum haqqında şəhadətnamələr, aksizsiz siqaretlər, pivə və $28 min aşkar olunub. Bundan başqa icarə haqqının ödənilməsi üzrə sənədlər də təhrif olunub, yəni əslində 200 min manat ödənildiyi halda sənədlərdə cüzi miqdar göstərilib.

Xəbər lenti

Xəbər lenti