2006-cı ilin sonuna qədər AGLeasing şirkəti öz portfelini 5 mln. ABŞ dollarına çatdırmağı planlaşdırır. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, şirkətin baş meneceri Azər Məmmədov jurnalistlərə bildirib. Hazırda işlək portfelin ümumi həcmi 1,8 mln. ABŞ dolları təşkil edir.
Beynəlxalq Maliyyə Korporasiyasından kreditin alınması nəticəsində əməliyyatların həcminin genişləndirilməsi mümkün olacaq. Kreditin ayrılması barədə müqavilə, ehtimallara görə, iyunun sonuna qədər imzalanacaq. Korporasiya təsisçisi Azəriqazbank vasiətsilə şirkətə lizinq əməliyyatları üçün 3 mln. ABŞ dolları ayırılacaq. Azəriqazbankın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev kreditin alınması ilə bağlı ləngiməni Azərbaycanın lizinq sahəsindəki qanunvericiliyinin tam işlənib hazırlanması vacibliyi ilə izah edib. Hazırda bu layihə müzakirə mərhələsindədir.
AGLeasing universal lizinq şirkəti kimi fəaliyyət göstərir və geniş avadanlıq spektrinə ümid edir. Yeganə məsələ onun "Aqrolizinq" dövlət şirkətilə rəqabət apara bilməməsidir ki, bu da dövlət maliyyələşdirilməsi altında təklif edilən şərtlərdən irəli gəlir. "Biz bir kommersiya qurumu kimi kənd təsərrüfatına belə şərtlər təklif edə bilmərik, çünki bizim lizinqə verilmiş çox geniş avadanlıq spektrimiz var" - deyə o qeyd edib.
Hər layihə üzrə maksimal həcm 500 min ABŞ dollarını üstələmir. 20%-lik avans ödənişi şərti ilə müddət 5 ilə qədərdir A.Məmmədovun sözlərinə görə, illik dərəcələr 22-24% arasındadır.