...

Hökumət yeni təyyarələr almaq məqsədilə vəsaitlərin cəlb edilməsi məsələsini nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2006 19:29 (UTC +04:00)

Azərbaycan hökuməti 6 fransız təyyarəsi almaq məqsədilə vəsaitlərin cəlb edilməsi imkanlarını nəzərdən keçirir. Hökumət mənbələrindən Trend ə verilən məlumata əsasən, ümumi dəyər təxminən $80 mln. təşkil edəcək.

AZAL DK həmin təyyarələri respublika daxilində reyslər həyata keçirmək üçün istifadə etməyi planqlaşıdırır. Bu, 40-50 sərnişini daşıya biləcək kiçik təyyarələrdir.

Əvvəllər AZAL bu məqsəd üçün Ukrayna təyyarələrindən istifadə etməyi planlaşıdırırdı və onların alqısına da başlamışdı. Lakin Ukrayna təyyarəsinin ötən ilin dekabrında qəzaya uğramasından sonra bu proses dayandırıldı.

Xəbər lenti

Xəbər lenti