...

8 günə Vergilər Nazirliyi 8 cinayət işi açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2006 19:02 (UTC +04:00)

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən vergidən yayınma faktları üzrə 2006-cı ilin iyun ayının 16-dan 23-nə kimi 8 cinayət işi açılıb. Trend nazirliyə istinadən xəğər verir ki, 7 hüquqi və 1 fiziki şəxsin külli miqdarda (ümumilikdə 5 mln. 12,6 min AZY) vergiləri dövlət büdjəsinə ödəməkdən yayındırması faktları üzrə başlanıb.

Araşdırmalar nətijəsində müəyyən olunub ki, fiziki şəxs İsayev Tofiq Niftulla oğlu 10,05 min AZY, hüquqi şəxslər - "Brilliant", "Arqon-A", "Rekord-M", "Merkuri-3 şirkəti", "Ruslan-N" və "Şəkər Dünyası" məhdud məsuliyyətli jəmiyyətləri, həmçinin "Boviz Lend Liz İnterneşnl limited" şirkətinin Azərbayjan Respublikasındakı filialı jəmi 5 mln. 2,55 min AZY məbləğində külli miqdarda vergiləri dövlət büdjəsindən yayındırmışdır.

Faktlarla bağlı AR Cinayət Məcəlləsinin (JM) 213.2 və 213.4 maddələri ilə cinayət işləri açılıb.

Xəbər lenti

Xəbər lenti