...

Unibank unikal brend – "Al Kart"ı təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2006 13:44 (UTC +04:00)

İyulun 3-də Azərbaycanın bank bazarında unikal hadisə baş verib - "Unibank" KB yeni brend - "Al Kart"ı təqdim edib. Bu ad altında Bank tərəfindən yeni məhsul - "Nə istərsən - Al" şüarı altında reallaşan kredit kartı buraxılıb. Trend in verdiyi xəbərə görə, bu barədə bankın press-relizində qeyd olunub.

"Al-Kart" brendi altında istənilən məqsədlər üçün yeni müstəqil kreditləşdirmə məhsulunun buraxılması Bank tərəfindən həyata keçirilmiş iri miqyaslı marketinq tədqiqatının nəticəsi olub. Əgər əvvəllər ölkə bazarında dar məqsədli kreditləşdirmə təcrübəsi üstünlük təşkil edirdisə, indi üslublu universal məhsul mövqeyindən verilən pulsuz "Al Kart" sayəsində bankın müştəriləri onlar üçün zəruri olan hər cür mal və xidmətlərin alışını ödəmək imkanı əldə edirlər. Bundan əlavə, "Al Kart"ı əldə edən müştəri həm də öz şəxsi vəsaitləri hesabına kartdakı əmanəti artırmaq imkanına malikdir", - deyə "UniBank"ın pərakəndə bank xidmətləri üzrə müdiri Faiq Zeynalov qeyd edib.

Bu layihə çərçivəsində Bank hər bir müştəriyə həcmi 500-dən 3000-ə qədər ABŞ dolları və ya Azərbaycan manatı arasında dəyişən kredit xətli kart əldə etməyi təklif edir. Kredit xətti illik 26%-lə verilir və bu faizlər yalnız kreditin istifadə olunmuş məbləğinə hesablanır. Bu zaman faizlər hər yeni ayın 6-da hesablanır, bu isə kredit xəttinin vəsaitlərindən 30 təqvim gününə qədər çata bilən güzəşt dövrü ərzində tamamilə pulsuz istifadə imkanı yaradır.

Müştəri kart hesabını öz şəxsi vəsaiti hesabına artırarsa, "UniBank" kart hesabının depozit hissəsinin məbləğinə illik 5% hesablamağı öz öhdəsinə götürür. Kart 1 il müddətinə verilir.

"Al Kart"dan həm ölkə daxilində, həm də xaricdə istifadə etmək olar, bu isə yay məzuniyyətləri vaxtı xüsusilə aktualdır.

Xəbər lenti

Xəbər lenti