...

Azərbaycan Dövlət Baytarlıq Xidməti "quş qripi" ilə mübarizə çərçivəsində nəqliyyat vasitələri alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2006 10:52 (UTC +04:00)

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti "quş qripi" ilə mübarizə çərçivəsində ölkə büdcəsinin vəsaiti hesabına nəqliyyat vasitələri alıb. Trend in dövlət strukturunun mətbuat xidmətinə istinadən xəbər verdiyi kimi, regionlara vaksinlərin tədarükü və tədqiqatların aparılması məqsədilə Baytarlıq Təchizatı Birliyinə refrijeratorlu iki avtomobil verilib. Dövlət Baytarlıq Xidmətinin laboratoriyası isə bir səyyar laboratoriya ilə təmin olunub.

Rayon Baytarlıq idarələrinə dezinfeksiya üçün 32 maşın verilib.

Xəbər lenti

Xəbər lenti