...

Azərbaycan Dəniz Administrasiyası kollegiyasının tərkibi təsdiqlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2006 12:57 (UTC +04:00)

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə respublika prezidentinin 20 aprel 2006-cı il tarixli fərmanı ilə yaradılmış Dəniz Administrasiyası kollegiyasının tərkibi təsdiqlənib. Administrasiya Nazirlər Kabinetinin nəzdində yaradılıb. Trend in xəbər verdiyi kimi, administrasiyanın irəli sürdüyü və ölkə hökumətinin də razılaşdığı təklifə əsasən, kollegiyanın 10 nəfərdən ibarət tərkibi təsdiqlənib.

Azərbaycan Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov kollegiyanın sədri seçilib. Kollegiyanın tərkibinə, həmçinin, onun iki müavini - Şahlar Məmmədov və Natiq Ağamalıyev, XDGİ, ARDNŞ-in "Xəzərdənizneftdonanması" İB, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Dənizçilik Akademiyasının nümayəndələri də daxil edilib.

Xəbər lenti

Xəbər lenti