...

Milli Bank mübadilə büroları fəaliyyətinin nizamlanması üzrə yeni qaydaları təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2006 17:36 (UTC +04:00)

Azərbaycan Milli Bankı idarə heyətinin dünənki iclasında mübadilə bürolarının fəaliyyətini nizamlayan yeni qaydaları təsdiqləyib. AMB-nın baş direktoru Rüfət Aslanlının Trend ə verilən məlumata əsasən, bu qaydalar artıq qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim olunub. Qaydalar nomativ-hüquqi aktlar reyestrinə daxil edildikdən sonra qüvvəyə minəcək.

Qanunvericiliyə əsasən, qeydiyyat prosesi 15 gün davam etməlidir və buna görə həmin qaydaların iyulun sonuna qədər qüvvəyə minəcəyini gözləmək olar.

"Bu qaydaların hələ qüvvəyə minmədiyinə baxmayaraq, banklar mübadilə bürolarını artıq həmin qaydalara uğunlaşdırmağa başlayıb. Bu, onunla bağlıdır ki, yeni qaydalar və prosedurlar bankların maraqlarına cavab verir, çünki risklərin idarə edilməsinə və mübadilə məntəqələri fəaliyyəti üzrəində nəzarətin gücləndirilməsinə köməklik göstərəcək. Bir çox banklar bu qaydaları risklərin azaldılması kimi qiymətləndirir və buna görə mübadilə məntəqələrində restrukturlaşdırma aparır" - deyə R.Aslanlı qeyd edib.

Qaydaların mahiyyəti mübadilə məntəqələrinin statusunun bank şöbələri statusuna qədər artırılmasındadır. Qaydalarda həmçinin məntəqələrin bank əməliyyat sisteminə inteqrasiya mexanizmi və təhlükəsizlik texnikası tələblərinin gücləndirməsi, əməkdaşların peşəkar hazırlığına dair tələblərin müəyyənləşdirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti