...

Azərbaycan Latviya ilə audit sahəsində əməkdaşlıq haqqında saziş imzalamağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2006 14:33 (UTC +04:00)

Azərbaycan Latviya ilə audit sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Azərbaycanın Hesablama palatasından Trend ə verilən xəbərə görə, dövlət qurumu Latviyanın Milli audit ofisi ilə əməkdaşlıq haqqında saziş imzalamaq niyyətindədir.

"Latviyanın bu qurumun təcrübəsini nəzərə alaraq, həmin qurumla əlaqələrin genişləndirilməsi, bu sahədə təcrübə mübadiləsi aparmaq, birgə yoxlamalar keçirmək, kadr hazırlığı və s. Hesablama palatasının gələcək fəaliyyətinə müsbət təsir göstərə bilər", - deyə Hesablama Palatasında bildiriblər.

2006-cı ilin yanvar ayında Azərbaycanın Hesablama palatasının nümayəndə heyəti Latviyada olub. Səfər zamanı Latviyanın Milli audit ofisinin baş auditoru İnqina Sudraba ilə görüş keçirilib. Görüşdə Latviya tərəfi də Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib, həmçinin audit sahəsində əməkdaşlıq haqqında sazişin imzalanma imkanı müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti