...

Şəmkir-Qazax yolunun inşasının başa çatma tarixi müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2006 16:39 (UTC +04:00)

Şəmkir-Qazax avtomobil yolunun tamamilə yenidənqurulması layihəsi 2007-ci ilin sonlarında başa çatacaq. Bu barədə Trend ə layihəni maliyyələşdirən Dünya Bankının Bakı nümayəndəliyindən məlumat verilib.

Bu onunla izah olunur ki, layihə üzrə yeni işlər əmələ gəlib. Bunlar Tovuz şəhərinin kənarından keçən yolun və eyni adlı çay üzərində körpünün inşasıdır. Bu layihə DB-nin ayırdığı kredit hesabına maliyyələşdiriləcək.

Hazırda Azərbaycanın Nəqliyyat Nazirliyi bu layihə üzrə podratçının müəyyən edilməsini başa çatdırır. Müqavilənin şərtlərinə görə, layihənin həyata keçirilmə müddəti 18 aydır. Nazirlik layihənin texniki-iqtisadi əsaslandırılmasını hazırlayıb.

Yayın sonunadək Azwirt-Azərkörpü-Azəraqrotikinti alyansı baş podratçı qismində çıxış etdiyi 73 km uzunluğunda Şəmkir-Qazax avtomobil yolunun yenidənqurulması layihəsini başa çatdıracaq.

Əvvəllər şirkətlər yenidənqurma layihəsinin gerçəkləşdirilməsi zamanı yolla bağlı yaranmış problemi həll edib. Şirkət yolun bir hissəsində asfalt örtüyünün döşənməsinə başlasa da, bu, nazirlik örtüyü keyfiyyətsiz hesab etdiyindən yolların döşənməsi yenidən həyata keçirilib.

DB bu layihəyə BİA-nın standart şərtləri ilə 40 mln dollar kredit ayırıb. Bu kreditlə Gəncə - Qazax yolunun yenidənqurulması nəzərdə tutulur. Bu layihənin birinci hissəsi (Gəncə-Şəmkir - 21 km) Türkiyənin "Turan Xəzinədaroğlu" şirkəti tərəfindən gerçəkləşdirilib.

Xəbər lenti

Xəbər lenti