...

Azərbaycanın Hesablama Palatası hüquqi şəxslərdə dövlət gəlirlərinin hesablanması və ödənilməsinin auditini keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2006 15:07 (UTC +04:00)

Hesablama Palatasının 14 iyul 2006-cı il tarixli İclasında 2003-2005-ci illərdə və 2006-cı ilin cari dövründə hüquqi şəxslərdə dövlət gəlirlərinin hesablanması və ödənilməsinin audit Proqramı təsdiq edilib.

Trend in HP-yə istinadən xəbər verdiyi kimi, audit aşağıdakı məsələləri əhatə edəcək: dövlət vergilərinin potensialının qiymətləndirilməsi; tətbiq edilən qiymətlərin (tariflərin) əsaslığı; vergi növləri üzrə vergilərin hesablanması və ödənilməsi mexanizminin və qanunauyğunluğunun qiymətləndirilməsi; ƏDI-nin və torpaq vergisinin hesablanması və ödənilməsi xüsusiyyətləri; məcburi dövlət sosial sığorta ayırmalarının hesablanmasının və ödənilməsinin mexanizmi və qanunauyğunluğu; digər dövlət gəlirlərinin hesablanmasının və ödənilməsinin mexanizmi; dövlət gəlirlərinin hesablanmasına və ödənilməsinə nəzarətin qiymətləndirilməsi.

Audit "Bakond Engineering Group" müəssisəsi, "Şərur" MTK və digər təşkilatlarda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti