...

Vətəndaşların əmənatlərinin qaytarılmasını tənzimləyən sənəd müzakirə ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2006 15:06 (UTC +04:00)

Milli Məclisin payız sessiyasında sovetlər dönəmində banklarda qalan vətəndaşların əmənatlərinin qaytarılmasını tənzimləyən sənəd müzakirə ediləcək. Bu barədə Trend ə Milli Məclisin iqtisadi siyasət məsələləri daimi komissiyasından bildiriblər.

O da qeyd olunub ki, sənədin ilkin varinatı hazırdır. Qanun layihəsi baxılmaq üçün Prezident Aparatına təqdim edilib. Sənəd parlamentin müzakirəsinə göndərildikdən sonra payız sesiyasının gündəliyinə salınacaq. Komissiyadan onu da bildiriblər ki, "İnşaat fəaliyyəti haqqında", "İnvestisiya fəaliyyəti haqqında" qanun layihələri də müzakirə ediləcək.

"Banklar haqqında" qanuna isə bir sıra əlavə və dəyişikliklər ediləcək, "Kredit reysteri haqqında" qanun layihəsi də müzakirə oluna biləcək sənədlər sırasına daxil edilib.

Xəbər lenti

Xəbər lenti