...

Dünya bankının energetika və infrastruktur sektorunun direktoru Bakıya səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2006 13:34 (UTC +04:00)

Dünya bankında Avropa və Mərkəzi Asiya ölkələrində infrastruktur departamentinin energetika və infrastruktur sektorunun direktoru Piter Tompsonnun Bakıya səfəri iyulun 27-nə planlaşdırılır. DB-nin Bakı nümayəndəliyindən Trend ə verilən məlumata görə, səfər zamanı bankın artıq cəlb olunduğu, Azərbaycan hökuməti ilə əsas əməkdaşlıq sahələri, o cümlədən yeni layihələrdə iştirak perspektivləri müzakirə olunacaq.

Müzakirələr energetika, nəqliyyat, su təchizatı və kanalizasiya sahələrində, Abşeronun neftlə çirklənmiş torpaqlarının təmizlənməsi proqramı çərçivəsində əməkdaşlıq məsələlərini əhatə edəcək.

Səfər avqustun 2-dək davam edəcək. Qonaq müxtəlif nazirlik və idarə rəhbərlikləri ilə görüşlər keçirəcək. Bundan başqa, onun Artur Rəsizadə ilə də görüşəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti