...

Azərbaycan Gömrük Komitəsinin rəhbəri Türkiyənin dövlət nazirilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2006 20:46 (UTC +04:00)

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Bakıda işguzar səfərdə olan Türkiyənin dövlət naziri Aydın Mehmetlə görüşüb. Trend agentliyinin DGK-yə istinadən yaydığı məlumata əsasən, görüşdə komitənin rəhbəri qeyd edib ki, Türkiyə əməkdaşlığın genişləndirilməsi - gündəlikdə düran əsas məsələlərdən biridir.

A.Əliyev Türkiyə nümayəndəsini Azərbaycanda işləyən Türkiyə sahibkarları ilə tez-tez keçirilən görüşlər barədə məlumatlandırıb və deyib ki, bu tədbirlər gələcəkdə də davam etdiriləcək. O, xüsusi olaraq iki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edib.

Komitənin sədri deyib ki, Türkiyə Azərbaycanın xarici iqtisadi əlaqələrində xüsusi yer tutur və bu gün iqtisadi əlaqələrə görə 3-cü yerdədir.

Türkiyənin dövlət naziri iki ölkə arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb. A.Mehmetin sözlərinə görə, mal dövriyyəsinin $1 mlrd.qədər artırılması üçün həm Azərbaycan, həm də Türkiyə tərəfinin böyük potensialı var.

Xəbər lenti

Xəbər lenti