Azərbaycan, Rusiya və Gürcüstan dəmir yolçularının görüşü keçiriləcək
Gələn həftə Rostovda Azərbaycan, Rusiya və Gürcüstan dəmir yolçularının görüşü keçiriləcək. Tədbirdə Azərbaycan ərazisi vasitəsilə Rusiyanın Mahaçqala limanından Gürcüstanın Batumi limanına neft məhsullarının çatdırılması müzakirə olunacaq. Bu barədə Trend ə Azərbaycan Dövlət Dəmir Yolu idarəsindən xəbər veriblər.
Bu gün Gürcüstandakı problemlər və lokomotiv çatışmazılığı üzündən Azərbaycan Mahaçqala limanından Batumi limanı istiqamətində gündə təxminən 3 200 ton türkmən dizel yanacağı və mazut göndərmək iqtidarındadır.
Lakin müqaviləyə əsasən, Rusiya gündə 4 min ton neft məhsulu çatdırır. Nəticədə vaqonların bir hissəsi lokomotiv gözləyir.
Rusiya tərəfi həmçinin Rusiyadan gətirilən yüklərin Azərbaycan ərazisilə daşınması üçün 5 lokomotiv vermək öhdəliyini götürüb. Bu məsələ də müzakirə predmeti olacaq.